Yaqub Eyyubov Paşinyanın müavini ilə sərhəddəki vəziyyəti müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla Moskvada MDB İqtisadi Şurasının 95-ci iclası çərçivəsində qısa danışıq aparıb.

APA xəbər verir ki, bu barədə Mqer Qriqoryanın ofisindən “Sputnik Armenia”ya bildirilib.

“Bir neçə dəqiqə ayaqüstə davam edən söhbət qeyri-rəsmi formatda və Ermənistan-Azərbaycan sərhədində baş verən son hərbi toqquşmalar mövzusunda aparılıb”, – Qriqoryanın ofisindən deyilib.

Əvvəlki məqalə

“”Baku Steel Company”dən başqa yerlərə tapşırıqla pullar gedib”

Sonrakı məqalə

Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək