“YAŞAT” Fondu 64 milyon xərcləyib- Açıqlama

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) indiyədək 74 milyon 499 min 713 manat 45 qəpik vəsait toplanıb. Həmin vəsaitin 23 milyon 621 min 345 manat 32 qəpiyi fiziki şəxslər, 50 milyon 878 min 368 manat 13 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib.

Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, Fondun fəaliyyət istiqamətləri üzrə xərclənən vəsait 64 milyon 550 min 299 manat 4 qəpik, qalıq məbləğ isə 9 milyon 949 min 414 manat 5 qəpikdir.

Əvvəlki məqalə

Bu il 150 uşaq övladlığa verilib

Sonrakı məqalə

Xarici jurnalistlərin Ağdama səfəri başlayıb