Yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb

16 Dekabr 2020 - 11:30

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 15-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları respublika ərazisində ictimai yerlərdə yaşayış̧ yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsini müəyyənləşdirərək saxlayıblar və onları tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barədə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.