“Yaxın günlərdə 1 avronun qiyməti 1 manat 73 qəpik olacaq” –İQTİSADÇI

“Bu axşam FED uçot dərəcəsini 0,50 faiz artırsa avro dollar qarşısında daha kəskin dəyər itirəcək”.

Azpost.info bildirir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, FED bu qərarı versə 1 avro=1,02-1,03 dollar məzənnəsi görə bilərik: “Bu isə o deməkdir ki, avro manat qarşısında da dəyər itirəcək. Yaxın günlərdə 1 avronun alış qiyməti 1 manat 73 qəpik – 1 manat 75 qəpik civarında olacaq”.

N.Cəfərlinin sözlərinə görə, əgər Avropa Mərkəzi Bankında faiz artımına dair açıqlama gəlməsə və FED növbəti toplantısanda yenidən uçot dərəcəsi 0,25% artsa, məzənnədə paritet yaranaqcaq, 1 avro, 1 dollara bərəbər olacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.