“Yaxın iki həftədə Türkiyədə 6 bal gücündə yeni zəlzələlər olacaq” –Rusiya Zəlzələ Proqnozlaşdırılması İnstitutu

Rusiya Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun baş elmi işçisi Petr Şebalin yaxın iki həftə ərzində Türkiyənin Qəhrəmanmaraş vilayətində növbəti zəlzələnin olacağını proqnozlaşdırıb.

Azpost.info xəbər verir ki, mütəxəssis qeyd edib ki, güclü təkanlar təkrarlanacaq.

“Yaxın iki həftə ərzində bu zonada birdən çox 6 bal gücündə zəlzələ baş verməlidir. Yer bununla sakitləşməyəcək”, – geofizik bildirib.

Onun sözlərinə görə, Türkiyə və Suriyada güclü zəlzələlərə tektonik plitələrin hərəkəti səbəb olub. Şebalin qeyd edib ki, belə fəlakətlər nadir hallarda insan fəaliyyəti ilə baş verir: “Belə güclü zəlzələlərin texnogen səbəbləri praktiki olaraq yoxdur. Özbəkistanda zəlzələlərin qaz yataqlarının işlənməsi ilə bağlı olduğu deyilir, lakin bu fərziyyə təsdiqini tapmayıb. Burada da texnogen amil müəyyən rol oynasa belə, əhəmiyyətsizdir”, – mütəxəssis izah edib.

Azpost.info

Əvvəlki məqalə

“Ukrayna zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazırdır”

Sonrakı məqalə

Paşinyan Türkiyəyə başsağlığı verdi, kömək təklif etdi