Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər –

TƏBİB
20 May 2021 - 10:44

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır: “Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.