Yay aylarında gündə 3-4 litr su içilməlidir- Həkim rəyi

Bəzi insanlar qışa nisbətən yayda daha tez-tez xəstələnir. Çünki qış fəslində hər birimiz havaya uyğun olaraq qalın geyinir, isti maye qəbul edirik. Lakin yay aylarında əksinə, nə qidamıza, nə də geyimimizə diqqət yetiririk. Əksər insanlar evində və iş yerində daimi olaraq kondisionerdən istifadə edir. Bütün bunlar son nəticədə yayda soyuqdəymə hallarının artmasına gətirib çıxarır.

Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva deyib.

“Yayda tez-tez xəstələnməmək üçün ilk növbədə günəş şüalarının uzunmüddətli təsirindən uzaq durmaq lazımdır. Bu qayda kondisionerdən çox istifadə edənlər üçün də keçərlidir. Əsas diqqət etməli məsələlərdən biri də bədənin suya olan tələbatını qorumaqdır.

İsti aylarda qışa nisbətən bədən daha çox su itirir. Bu səbəbdən gün ərzində ən azı 3-4 litr su içilməlidir. Lakin suyu çox soyuq halda içmək məsləhət görülmür. Normadan artıq soyuq halda qəbul edilən su və digər mayelər orqanizminizdə ciddi problemlər yaradır.

Eyni zamanda istifadə etdiyimiz ərzaqların yeniliyinə fikir verməliyik. Çünki yayda ərzaqlar daha tez xarab olur. Yayda sağlamlığını qorumaq üçün bu qeydlərə hər kəs mütləq əməl etməlidir”.

Əvvəlki məqalə

Süleymanin qısası üçün Bolton və Pompeoya sui-qəsd planı

Sonrakı məqalə

Sabah ölkənin bəzi yerlərində 40 dərəcə isti olacaq