Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı
  • ÖZƏL

Yayda gözlərə zərər vuran 5 vərdiş

Orkhan Ali 07 İyul 2025 - 14:33 (Last updated: 07 İyul 2025 - 11:35)
Göz

Göz

Oftalmoloq, tibb elmləri namizədi Şahlo Mahkamova yay aylarında görmə qabiliyyətini pisləşdirən beş əsas təhlükəli vərdişi açıqlayıb. AzPost xəbər verir ki, onun sözlərinə görə, istirahət mövsümündə göz sağlamlığına diqqətsizlik sonradan ciddi oftalmoloji problemlərə yol aça bilər.

Birinci riskli vərdiş günəşə birbaşa, eynəksiz baxmaqdır. Gün ərzində artan ultrabənövşəyi (UV) radiasiya gözün tor qişasına, linzasına və görmə sinirlərinə zərər verə bilər. Bu isə katarakta və digər degenerativ xəstəliklərin yaranmasına zəmin yaradır.

İkinci təhlükəli vərdiş hovuz və ya açıq su hövzələrində kontakt linzalarla çimməkdir. Həkim qeyd edir ki, çirkli suda bakteriyalar və göbələklər linzalar vasitəsilə birbaşa gözə keçə bilər. Bu səbəbdən üzgüçülükdən sonra linzalar mütləq çıxarılmalı və birdəfəlik olanlar utilizasiya edilməlidir. Gözlər isə nəmləndirici damcılarla yuyulmalıdır.

Üçüncü zərərli faktor isə kondisioner istifadəsidir. Mahkamova bildirir ki, kondisionerlər havanı qurudur və əgər filtr sistemi vaxtında təmizlənmirsə, mikroblarla dolu hava gözün selikli qişasını qıcıqlandırır və quruluq sindromuna səbəb olur.

Dördüncü riskli davranış çirkli əllərlə gözə toxunmaqdır. Yayda açıq havada toz, qum və mikroblarla təmas daha çox olur və çirkli əllərlə gözə toxunmaq infeksiyaların yayılmasına səbəb ola bilər. Gözə yad cisim daxil olarsa, sadəcə qaynadılmış və soyudulmuş su ilə yumaq tövsiyə edilir, antibiotik və antiseptiklərin isə yalnız həkim təyinatı ilə istifadəsi məsləhətdir.

Beşinci və çox vaxt unudulan səbəb isə yuxu çatışmazlığıdır. Yayda uzun gündüzlər və artan aktivlik istirahətin azalmasına səbəb olur ki, bu da həm görmə sinirlərini, həm də ümumi beyin fəaliyyətini zəiflədir.

Mütəxəssis yay aylarında göz sağlamlığını qorumaq üçün keyfiyyətli yuxu, qoruyucu eynəklər, gigiyena və düzgün nəmləndirmənin vacib olduğunu vurğulayır.

AzPost.az

Post navigation

Previous: Limon niyə bahalaşdı? –
Next: Texasda dəhşətli daşqın: Ölənlərin sayı səksəni keçdi, 10 uşaq hələ də itkindir

Oxşar xəbərlər

ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52
aqilli insan
  • Maraqlı

Ağıllı olmaq uğura zəmanət vermir – Uğurlu insanların 5 ortaq xüsusiyyəti

User 06 Noyabr 2026 - 15:05

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.