“Yazdığım status jurnalistin məşhur sualı ilə bağlı deyildi” –Rəşad Məcid açıqlama yaydı

“Mənim statusum baku.tv- nin məşhur sualıyla bağlı deyil. Abzas.net adlı saytın əməkdaşının davranışına münasibətdir.”
Azpost.info bildirir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid AYB-nin sədr müavini Çingiz Abdullayevlə bağlı qalmaqala onun münasibətini tənqid edənlərə cavab olaraq yazıb.
“Mən Günel Musanın gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam ki , səhər geniş münasibət bildirəcəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Burda Günelin və bakupost-un davranışını da etik saymıram. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status Abzas.net adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli ehtirazımı bildirmişəm.
Çingiz Abdullayyevə verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”-deyə R.Məcid vurğulayıb.
Əvvəlki məqalə

AXC-ni sevməyən, deputatlıqdan imtina edən, qızının toyuna getməyən Mirzə Cəlil… –

Sonrakı məqalə

Baş nazirin dəyişməsi britaniyalılara 820 min dollara başa gələcək