Yazıçı Əfqan 93 yaşında vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əfqan Əsgərov bu gün vəfat edib.

Bu barədə APA-ya mərhumun qızı Sevinc Əfqan məlumat verib.

Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.

“Bəy İnal”, “Qartal əfsanəsi”, “Gülyanaq”, “Katib”, “Həsrət də bir vüsaldır”, “Şahlar Şahı”, “Cənnətməkan” kimi əsərləri olan yazıçı daha çox “Bəy İnal” romanı ilə tanınırdı.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səbaildə 2 polis əməkdaşı bıçaqlandı, cinayətkar qaçdı

Sonrakı məqalə

Tokayev məsciddə namaz qıldı, həlak olanların xatirəsini yad etdi