Yazıçı Prilepinin avtomobilini partladan şəxs terror aktında ittiham olunur

Rusiyalı yazıçı Zaxar Prilepinin avtomobilini partlatmaqda şübhəli bilinən Aleksandr Permyakov terror aktı törətmək və qanunsuz silah alveri maddəsi ilə ittiham olunub.

Azpost.info xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, Nijni Novqorod vilayətinin məhkəməsi ibtidai istintaq orqanlarının vəsatətini təmin edib və Permyakovu iki ay müddətinə həbs edib.

Mayın 6-da Nijni Novqorod vilayətində “Ədalətli Rusiya”nın həmsədri, yazıçı və təbliğatçı Zaxar Prilepinin avtomobili partladılıb. Prilepinin sürücüsü yerindəcə keçinib, özü isə ağır yaralanıb və helikopterlə xəstəxanaya yerləşdirilib. Xəstəxanada onu əməliyyat ediblər.

Təhlükəsizlik qüvvələri 29 yaşlı Aleksandr Permyakovu meşədən çıxarkən saxlayıb. O, Donetsk vilayətindən olduğunu və 2018-ci ildə Ukrayna xüsusi xidmət orqanlarına işə götürüldüyünü bildirib. Saxlanılan şəxs etiraf edib ki, o, Zaxar Prilepini öldürmək üçün Rusiya ərazisinə daxil olub. O, maşının altına iki tank əleyhinə mina yerləşdirdiyini qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Azercell deyir İranın mobil operatoruna qoşulmusan…” –

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Şuşaya səfər ediblər