“Azercell deyir İranın mobil operatoruna qoşulmusan…” –Tanınmış yazıçıdan narazılıq

Əməkdar incəsənət xadimi, tanınmış yazıçı, AYB-nin katibi Elçin Hüseynbəyli Azercell-in roumunq xidmətindən narazılıq edib. 

Azpost.info bildirir ki, E.Hüseynbəyli onun istifadə etdiyi faktura məbləğinin 2 dəfə artıq yazıldığını iddia edib.

Azercell-dən isə onun iradına cavab qəribə olub. Şirkətdən deyiblər ki, yazıçı sərhəd rayonlarına səfər edərkən İran mobil telefonuna qoşulub: “Son iki ayda mənə faktura məbləği təxminən 2-2,5 dəfə artıq gəlir. Azərsell-dən soruşuram ki, niyə belədir? Cavab nə olsa yaxşıdır? Deyirlər  siz aprel və may ayları sərhədyanı rayonlara səfər etmisiniz və roumunqiniz açıq olduğuna görə avtomatik olaraq, İran mobil operatoruna qoşulmusunuz. Ona görə də pul artıq yazılıb. Qəribədir. Mən öz ölkəmdə ola-ola mənə xarici tariflə pul hesablanır”.

Yazıçı deyib ki, bundan şikayətçi təkcə o deyil. “Bu, bir boşluqdur. Ya da İran mobil operatoru ilə əlaqədar olub havayı pul qazanırlar. Hər halda söz verdilər ki, bu boşluğu rəhbərliyə çatdıracaqlar”.

 

Əvvəlki məqalə

9 may – Qələbə günü

Sonrakı məqalə

Yazıçı Prilepinin avtomobilini partladan şəxs terror aktında ittiham olunur