“Yenə yalanlarını təkrarladı…”- Polşa hökuməti Putinə sərt cavab verdi

“Rusiya prezidenti Vladimir Putinin Polşanın Qərbi Ukraynanı ələ keçirməyə hazırlaşması ilə bağlı bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Polşa Baş Naziri Aparatının dövlət katibi Stanislav Jarin bildirib.

“Zavallı zəhlətökən yenə də Polşa haqqında yalanları təkrarladı və Ukraynaya qarşı müharibə haqqında həqiqəti saxtalaşdırmağa çalışdı”, – Polşa rəsmisi deyib.

Jarinin fikrincə, Putin Polşaya qarşı saxta ittihamlar yayır: “Rusiya prezidenti bildirib ki, Varşava guya Belarus torpaqları haqqında xəyallar qurur. O, Belarusa qarşı təcavüzə bütün mümkün vasitələrlə cavab verəcəyini vəd edib. Priqojinin qiyamından sonra Putinin imici çox zəifləyib, təbliğ olunduğu kimi güclü və sərt deyil. Artıq bir çox ruslar, xüsusən də hərbçilər Putini qorxaq sayır. Putinin imici zəiflədikcə, ruslar, xüsusən də təhlükəsizlik qüvvələrinin inamsızlığı artdıqca, onun iştirakı ilə aparılan təbliğat hücumları bir o qədər sərt olacaq”.

Jarin Rusiya prezidentinin artıq təhdidlərə əl atmağa başladığına da diqqət çəkib: “Polşanın qərb torpaqları Stalinin hədiyyəsidir”, “ölkə suverenliyinə görə SSRİ-yə minnətdar olmalıdır”, “əgər Varşava bunu unudubsa, Rusiya “xatırlatacaq” kimi ifadələr işlətməklə təhdidə əl atır. Polşa hakimiyyəti başa düşür ki, Rusiyanın apardığı informasiya müharibəsi təhlükəlidir və onu qiymətləndirməmək olmaz. Lakin “Kreml yalan sənayesi”nin hərəkətləri çox vaxt öz zəifliklərini gizlətmək üçün bir yoldur”.

Azpost.info

Əvvəlki məqalə

Şamaxıda 18 yaşlı sürücü qəza törədib

Sonrakı məqalə

“Qarpız kəsdim, yeyən yox…” –