Şamaxıda 18 yaşlı sürücü qəza törədib- Ölən və xəsarət alanlar var

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.