“Yeni dünya nizamının gedişatını Ukraynadakı münaqişə müəyyən edəcək”- “The Jerusalem Post”

“Təsir sahələri uğrunda güclənən mübarizə strateji qüvvələr balansının tamamilə dəyişməsinə və mövcud dünya nizamının yenidən qurulmasına gətirib çıxara bilər”.

Azpost.info xəbər verir ki, bunu İsrailin “The Jerusalem Post”  nəşri yazıb.

“Çoxqütblülük tədricən beynəlxalq arenaya daxil olur. Dünya artıq Amerikanın liderliyini dəstəkləmir. Xüsusilə Afrika və Yaxın Şərqdə Çin və Rusiya ilə əməkdaşlığa meyl artmaqdadır. ABŞ kimi hegemon fövqəldövlət üçün başqa bir rəqiblə eyni səviyyədə olmağı qəbul etmək çətindir”, – qəzet yazır.

O da qeyd olunur ki, Ukraynadakı münaqişə dünya nizamının yenidən qurulmasının gedişatını böyük ölçüdə müəyyən edəcək: “Yeni qlobal siyasətin çoxsaylı amillərinə görə qlobal mənzərə sürətlə dəyişəcək”.

Azpost.info

Əvvəlki məqalə

Zelenski G20 sammitində iştirak etməyəcək

Sonrakı məqalə

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək-