Zelenski G20 sammitində iştirak etməyəcək- Təşkilatçı ölkə AÇIQLADI

“Ukrayna prezidenti Vladimir Zelenski Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək”.

Azpost.info xəbər verir ki, bunu İndoneziyanın dənizçilik və sərmayələr üzrə naziri Luhut Binsar Pancaytan deyib.

Pancaytan bildirib ki, Zelenski G20 sammitində iştirak edə bilməyəcək, çünki Ukraynanın daxili işləri ilə məşğul olacaq.

O, Rusiya prezidenti Vladimir Putinin sammitdə iştirak etməyəcəyini də təsdiqləyib.

“Onların (Putin və Zelenski-red:) sıx qrafikləri var. Biz də buna riayət etməliyik”, – nazir vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Hava qeyri-sabit keçəcək, yağış yağacaq

Sonrakı məqalə

“Yeni dünya nizamının gedişatını Ukraynadakı münaqişə müəyyən edəcək”