2024-cü ildən deputatların avtomobilləri yerli avtomobillərlə əvəzlənəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Dumanın qarajına ilk “Lada” avtomobilləri artıq gəlib.
“İlk “Lada Vesta” avtomobilləri Dövlət Dumasının qarajına gəldi. Deputatlar onları yeni ildən idarə edəcəklər. Hər bir deputata Rusiya istehsalı olan şəxsi avtomobil ayrılacaq. Avtoparka daha sonra “Moskviç” və “Aurus” gətiriləcək”,- Duma sədri deyib.
“Volodin özü “Aurus”dan istifadə edir, işdənkənar vaxtlarda isə “Moskviç-3” markalı avtomobili idarə edir”, – Dumanın mətbuat xidmətindən bildirilib.
Bundan əvvəl “İzvestiya” yazmışdı ki, yanvarın 1-dən Duma deputatların yerli istehsal avtomobillərinə və ya Sənaye və Ticarət Nazirliyinin tövsiyə etdiyi xarici markalara keçməsələr, onların benzin xərclərini ödəməyəcək. Siyahıya Rusiyada yığılan həm Rusiya, həm də Çin modelləri daxildir – Lada, Moskviç, Aurus, Evolute, UAZ və Haval.
Azpost.info