“Yeni kabinet lirənin ucuzlaşmasının qarşısını ala bilmir” –VÜQAR BAYRAMOV

Mərkəzi Bankın son qərarı lirəni xilas edəcəkmi?
“Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədi ilə Türkiyə Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir”.
Azpost.info bildirir ki, bu sözləri deputat Vüqar Bayramov Mərkəzi Bankın son qərarını şərh edərkən deyib.
“İqtisadi amillər ilə yanaşı siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısa müddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzun müddətli hədəflərə söykənilir”.
V.Bayramovun sözlərinə görə, bütün bunlar ilə yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır.
“Türkiyə Azərbaycan ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”-deyə deputat vurğulayıb.
Əvvəlki məqalə

Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci qurultayı keçirilir

Sonrakı məqalə

XİN Ermənistanı saxta təbliğat aparmaqda ittiham edib –