“Yeni Müsavat Partiyasının sənədləri və siyahısı hazırdır” –RAUF ARİFOĞLU

“Yeni Müsavat” adlı Partiyanın əsasnaməsi, Nizamnaməsi və onu bəyan edəcək ilk 100 nəfərlik siyahı hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu “8-ci gün” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, şərait imkan versə 2024-cü ildə Yeni Müsavat Partiyası elan edilə bilər: “Gələn il siyasətdə partiya həyatı və perspektivi effekti olacaqsa biz o planı 100 adamla birlikdə həyata keçirəcəyik”.

R.Arifoğlu  deyib ki, 5 min partiya üzvü yığmaq problem olmayacaq: “Hətta ondan daha çox üzvümüz olacaq”.

O deyib ki, hazırda partiya quruculuğu üçün ölkədə imkan yoxdur.

R.Arifoğlu deyib ki, hazırda mövcud olan Müsavat Partiyası da onun layihəsi olub: “İsa Qəmbərin Müsavata başqan gəlməsi mənim ideyam olub. Bu partiyanı millətçi və turançı partiya kimi qurmuşduq. Sonradan o xətti dəyişdirdilər. Mən də “Yeni Müsavat”ı götürüb oradan apardım. Həmin xətti “Yeni Müsavat” qəzetində daşıdım”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.