Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb

User 10 İyun 2026 - 15:57 (Last updated: 10 İyun 2026 - 15:57)
6a29501c86d646a29501c86d6517810923806a29501c86d616a29501c86d62

Yeni qanun lahiyəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb.

APA xəbər verir ki, bu barədə Elektorn Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verib.

O qeyd edib ki, yaşın müəyyənləşdirilməsi bank kartı vasitəsilə (vəsaitin müvəqqəti bloklanması mexanizmi ilə), elektron poçt və mobil nömrə məlumatlarının qarşılıqlı yoxlanılması əsasında aparılacaq.

Bildirilib ki, bu prosesdə müəyyən öhdəliklər platforma provayderlərinin üzərinə də düşəcək. Yeniyetmələr üçün asılılıq yarada bilən “sonsuz sürüşdürmə” funksiyası və videoların avtomatik işə düşməsi kimi manipulyativ dizayn elementlərinin istifadəsi qadağan ediləcək.

Eyni zamanda, valideynlərə övladlarının platformalarda keçirdiyi vaxtı və gördükləri məzmunu nəzarətdə saxlamaq üçün xüsusi idarəetmə paneli təqdim olunacaq.

Qeyd olunub ki, fərdi məlumatlardan yalnız yaşın təsdiqlənməsi məqsədilə istifadə ediləcək və uyğunluq təsdiqlənmədiyi halda bu məlumatlar dərhal silinəcək.

Həmçinin bu məlumatların reklam və kommersiya məqsədləri üçün istifadəsi və ya üçüncü şəxslərə ötürülməsi qadağan ediləcək.

Platformalar zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində onu silməli və bunun üçün 24/7 işləyən texniki sistemlər qurmalıdır.

AzPost.az

Post navigation

Previous: İran ABŞ-la danışıqları uzatmasının hesabını ödəyəcək –
Next: Tramp İrana yeni zərbələrin endirilməsi əmrini verməyə yaxındır

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.