Yeni qaydaları qəbul etməyənlərin “WhatsApp” hesabı məhdudlaşdırılacaq

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud rejimdə istifadə edə biləcək.

Azpost.info bildirir ki, bu barədə messencerin saytında deyilir. İstifadəçilərin dəyişikliklərlə rahat tempdə tanış olması məqsədilə kifayət qədər vaxtın olması üçün onların qəbuledilmə müddəti mayın 15-dək uzadılıb. Qeyd olunan müddətədək qaydaları qəbul etməyən istifadəçilərin “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq.

Yeni qaydalardan imtina edən istifadəçilər bildirişləri oxumaq və göndərmək imkanından məhrum olacaqlar – onlar yalnız zəng və bildirişləri qəbul edə biləcəklər. Abunəçilərə ya yeni qaydaları qəbul etmək, ya da yazışmalar tarixçəsini köçürmək və hesabı silmək təklif olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Seçki sisteminə dəyişikliklər olacaq, proprsional qaydanın bərpası gözlənilir –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 995 nəfər COVID-19-a yoluxub –