“Yeni sənədi qəbul etmək Ermənistan üçün asan olacaq” –CEYHUN BAYRAMOV

“Dağlıq Qarabağ ən uzun müddətli münaqişələrdən biri olub”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə aparılan danışıqlar heç bir nəticə verməyib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqları işğaldan azad edib.

Ceyhun Bayramov Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının zəruriliyini vurğulayıb.

“Baxın, bizim qonşu Gürcüstanla yaxşı və strateji münasibətlərimiz var. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırıq. Biz daha sadələşdirilmiş baza sənədi imzalamaq üçün təklifler irəli sürdük. Biz ümid edirik ki, Ermənistan üçün qəbul etmək daha asan olacaq və bu normallaşma mövzusunda əhəmiyyətli addım olacaq”.

XİN başçısı qeyd edib ki, Azərbaycan kommunikasiyaların açılmasını da təklif edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir