“Yenidən namizədliyimi verəcəyəm”- AYB sədri

“Yazıçılar Birliyinin qurultayının sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

Sədr qurultayda yenidən namizədliyini irəli sürəcəyini bildirib: “Əgər etimad göstərərlərsə, sədrlik fəaliyyətimi davam etdirəcəyəm”.

O, Yazıçılar Birliyinin Nizamnaməsində də hər hansı dəyişikliyin edilməyəcəyini də vurğulayıb.

Qurultayın harada keçiriləcəyi məsələsinə gəldikdə isə Xalq yazıçısı deyib: “Qurultayın Şuşada keçirilməsini istəyərdik, amma Şuşadakı mövcud şərait, qurultay üçün lazımi zalın olmaması planımızı dəyişdi. Ona görə də qurultay ya Bakıda, ya da Şabranda, tikintisi bitmək üzrə olan Yaradıcılıq Evində keçiriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.