Yerevan Bakı ilə danışıqlar aparır –

Hərbi qulluqçunun qaytarılması üçün 
12 Sentyabr 2019 - 10:10

Ermənistan Azərbyacana qaçan hərbi qulluqçu Araik Kazaryanın geri qaytarılması üçün danışıqlar aparır.

Azpost.info Sputinik-Armenia-ya istinadən bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Artak Apitoniyan bu ölkənin parlamentində çıxışı zamanı deyib.

“Danışıqlar Minsk Qrupunun həmsədrləri formatında, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı və Yerevan ofislərinin vasitəçilliyi ilə aparılır. Məsələnin özəlliyini nəzərə alaraq digər detalları aça bilmərəm”.

Qeyd edək ki, hərbi qulluqçu Kazaryan bu il avqustun 12-də postu tərk edərək, əlində ağ bayraq Azərbaycana tərəf keçib. O, hərbi hissədə incidildiyini və döyüldüyünü deyib və qaçmasını bununla izah edib.