“Yerli qızıldan hazırlanmış pul nişanlarını hər kəs ala biləcək”- AMB-nin baş direktoru

Azərbaycan Mərkəzi Bankının (AMB) ilk dəfə tədavülə buraxdığı investisiya məqsədli pul nişanlarını həm ölkə, həm də xarici vətəndaşlar əldə edə biləcək.

APA-Economics” xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev pul nişanlarının təqdimatında bildirib.

O qeyd edib ki, qızıl sikkələr 999,9 əyarlı qiymətli metaldan hazırlanıb və onları həm AMB-nin, həm də yerli bankların kassalarından almaq mümkün olacaq.

“Sikkələrin qiyməti London Birjasında qızıl qiymətinə uyğun dəyişəcək. Onun dəyəri isə AMB-nin internet səhifəsində gündəlik açıqlanacaq və qızılın dəyərinə uyğun hesablanacaq”, – deyə Aqşin Vəliyev əlavə edib.

Qeyd edək ki, Mərkəzi Bank ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarını 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxacaq.

Əvvəlki məqalə

“Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur”

Sonrakı məqalə

“Maraqlarımız naminə ABŞ-la təmaslara hazırıq”