Yevlaxda ər arvadını başından baltalayıb –Polis kişini yaxalayıb

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Faktla bağlı araşdırma başlanılıb.

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb –

Sonrakı məqalə

“YouTube” da Trampın kanalını bağladı