“YouTube” da Trampın kanalını bağladı

YouTube sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın kanalını zorakılığı qızışdırmaq əleyhinə siyasəti pozduğuna görə bağladığını bildirir.

Bununla da Google-a məxsus şəbəkə ötən həftə Kapitoliyə hücumdan sonra prezidentin hesablarını qapadan sosial media platformalarının sırasına qoşulub.

“Zorakılıq potensialının qalması sarıdan narahatlıqla əlaqədar, Donald Trampın kanalına yüklənən yeni kontenti siyasətimizi pozduğuna görə sildik”, – YouTube yanvarın 12-də bəyanatında bildirib.

Hazırda kanala minimum 7 gün ərzində yeni kontent yükləməyin mümkün olmayacağı bildirilir.

Videopaylaşım platforması onu da bildirib ki, təhlükəsizlik məsələlərindən dolayı Trampın kanalına “gələn şərhləri də qeyri-müəyyən müddətə bağlayır”.

Prezidentin YouTube hesabının 2.77 milyon abunəçisi var.

Həftələrlə seçkinin ondan oğurlandığını iddia edən Tramp əvvəlcə tərəfdarlarını alqışlasa da, sonradan zorakılığı pisləyib. Twitter və Facebook sonradan Trampın hesablarını bağladı, bu hücumu dəstəkləyən kontenti də silməkdədir. Snapchat və Twitch şəbəkələri də prezidentə qadağalar qoyub.

Yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə basqınında prezidentin rolunun olduğu, onun etirazçıları buna həvəsləndirdiyi bildirilir. Basqın vaxtı Konqres Co Baydenin 3 noyabr seçkisində qələbəsini təsdiqləməliydi. Zorakılıqlarda biri polis əməkdaşı olmaqla beş nəfər öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yevlaxda ər arvadını başından baltalayıb –

Sonrakı məqalə

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə qılınc hədiyyə edib