Yevlaxda 60 yaşlı ər 40 yaşlı arvadını öldürüb, sonra özünü bıçaqlayıb

May ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbaut Xidmətindən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub

Sonrakı məqalə

“Qəzaya uğramış helikopterin axtarışı çox çətinləşib” –