Yexlaxda evdə ata və əlil qızının meyiti tapılıb

Tibbi Yardım
Tibbi Yardım

Yevlax rayonunun Aran qəsəbəsində yaşayış evində iki nəfərin meyiti aşkarlanıb.

APA-nın verdiyi məlumata görə, meyiti tapılan şəxslərin Məhəbbət Əvəz oğlu Zeynalov və onun 2002-ci il təvəllüdlü birinci qrup əlil qızı olduğu müəyyənləşib.

İlkin məlumata görə, ata üç gün əvvəl intihar edib.

Evdə tək qalan azyaşlı qızın isə aclıqdan öldüyü ehtimal olunur.

Hər iki meyitin bu gün aşkarlandığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.