Yol Polisi vətəndaşlar üçün vatsap xidməti açdı –Pozuntularla bağlı videoları göndərə bilərsiz

Dövlət Yol Polisi vətəndaş müraciətlərinin qəbulu üçün yeni whatsapp nömrəsi yaradıb.
Azpost.info bildirir ki, bu barəd DYP-nin mətbuat xidməti açıqlama verib.
Vətəndaşlar yollarda qarşılaşdıqları və qeydə aldıqları  yol hərəkəti ilə bağlı qayda pozuntularının video və foto görüntülərini bu nömrəyə göndərə bilərlər: “Siz yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz. Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir”.
Vaatsap nömrəsi yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub.
Whatsapp nömrəsi – 050-8000-902
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.