Yunanıstan hökuməti Rusiyanın ölkədə akkreditə olunmuş diplomatik və konsulluq nümayəndəliklərinin 12 əməkdaşını “persona non qrata” elan edib.
Azpost.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, rusiyalı diplomatlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının və 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq arzuolunmaz şəxs elan ediliblər.
Azpost.info