Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Yuri Qaqarinin anası Kremldə Patriarxın qarşısında diz çökdü –

User 19 İyul 2026 - 20:52
qaqarin patriarx

1961-ci il aprelin 12-də bəşər tarixində yeni dövr başlandı. Sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçan ilk insan kimi dünya tarixinə adını yazdırdı. Bu tarixi uğurdan sonra SSRİ rəhbərliyi onun şərəfinə Kremldə möhtəşəm qəbul təşkil etdi.

Azpost.info-nun “Fotoxronika” layihəsində təqdim etdiyi növbəti tarixi foto həmin qəbul zamanı çəkilib. Fotoda dünyanın ilk kosmonavtı Yuri Qaqarin Rusiya Pravoslav Kilsəsinin rəhbəri – Patriarx I Aleksi ilə görüşür.

Lakin mərasim zamanı baş verən hadisə həmin dövrün sovet cəmiyyəti üçün gözlənilməz olub.

Məlumata görə, Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun təşkil etdiyi rəsmi qəbulda dövlətin sərt ateizm siyasəti fonunda gözlənilməz bir səhnə yaşanıb. Qəfil bir qadın Patriarx I Aleksi-yə yaxınlaşaraq onun qarşısında diz çöküb və xeyir-dua istəyib.

Bu addım tədbirdə iştirak edənləri təəccübləndirib. Çünki həmin illərdə dini ayinlərin açıq şəkildə nümayiş etdirilməsi hakim ideologiyaya uyğun sayılmırdı.

Sonradan məlum olub ki, Patriarxın qarşısında diz çökən qadın heç də təsadüfi qonaq deyilmiş. O, həmin gün bayram qəbuluna dəvət olunmuş Yuri Qaqarinin anası Anna Timofeyevna Qaqarina idi.

Bu hadisə göstərirdi ki, Sovet dövlətinin rəsmi ateizm siyasətinə baxmayaraq, milyonlarla insan dini inanclarını ailə ənənəsi kimi qoruyub saxlayırdı. Qaqarinin anasının bu davranışı həm həmin dövrün ideoloji ziddiyyətlərini, həm də sovet insanının şəxsi inancı ilə dövlət siyasəti arasındakı fərqi əks etdirən maraqlı tarixi epizodlardan biri kimi yadda qalıb.

Bu gün həmin foto təkcə kosmosun fəthini deyil, həm də SSRİ tarixinin az tanınan və düşündürücü məqamlarından birini əks etdirən qiymətli sənəd hesab olunur.

AzPost.az

Post navigation

Previous: Kürdəmirdə türk sürücü idarə etdiyi TIR-ı aşırdı
Next: Dünyanı dəyişdirmiş məşhur körpələr

Oxşar xəbərlər

video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11

xƏBƏR

IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən...
Read more about İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.