Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “8 noyabr – Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarı ilə ümumilikdə 10943 nəfər barəsində amnistiya tətbiq edilib.
Azpost.info bildirir ki, bu barədə yanvarın 8-də Baş Prokurorluqda keçirilmiş əməliyyat müşavirəsində bildirilirb.
6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.