8 Noyabr – Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyət noyabrın 8-də paytaxt ərazisində keçiriləcək tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.
“Yürüş Bayraq Meydanından başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq meydanı, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilir. Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub. Həmçinin Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa 28 May küçəsi ilə müəyyənləşdirilib. Eləcə də 8 Noyabr prospekti ilə hərəkət Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinə, Afiyəddin Cəlilov küçəsindən isə sağa Yusif Səfərov küçəsi istiqamətinə müəyyənləşdirilib”, – deyə qeyd olunub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bildirir ki, qeyd olunan istiqamətlərə, paralel və bitişik küçələrdə bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılır: “Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik”.