Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olundu –

İLHAM ƏLİYEVDƏN DAHA BİR TVİT
22 Oktyabr 2020 - 18:51

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev “Twitter” hesabında yazıb.