“Zəlzələ bölgəsində 60 min insan, 750 kran, 5 minə yaxın inşaat maşını işləyir”- Vitse-prezident Fuat Oktay

Türkiyənin vitse-prezidenti Fuat Oktay dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində son duruma aydınlıq gətirib.

Azpost.info xəbər verir ki, Oktay hər bir vətəndaşın itkisindən dərin kədər hiss etdiklərini deyib.

“Yaralılara Allahdan şəfa diləyirəm. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Dağıntılar altında qalan son vətəndaşa çatana qədər bu səylər davam edəcək. Hazırda ümumilikdə 16 139 axtarış-xilasetmə qrupu iş başındadır. Onları bütün əyalət və rayonlarımıza göndərdik”, – vitse-prezident qeyd edib.

Əraziyə beynəlxalq və yerli komandaları cəlb edəcəklərini deyən Oktay intensiv əməliyyatla havadan, xüsusilə Adıyaman, Hatay və Kahramanmaraş və müəyyən bölgələrə qruplar göndərməyə davam edəcəklərini bildirib.

“Zəlzələ bölgəsində 4 794 inşaat maşını var. Xarici ölkələrdən axtarış-xilasetmə qruplarına 3 251 nəfər cəlb edilib. Daha 2400 xilasedici xaricdən, 1500-ü Türkiyədən gələcək. Bütün bölmələrdən ümumilikdə 60 218 nəfər zəlzələ bölgəsinə cəlb edilib. Jandarma Axtarış-Xilasetmə qrupları, Türkiyə Silahlı Qüvvələri Axtarış-Xilasetmə qrupları, Milli Müdafiə Nazirliyi və bütün əlaqədar birliklər ərazidədir. Bölgədə 750-yə yaxın kran işləyir ki, bu da axtarış-xilasetmə qruplarının işini xeyli asanlaşdırır. Bütün dostlarımız gecə-gündüz 24 saat işləməyə davam edirlər”, – Oktay bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan zəlzələ bölgəsinə yola düşüb

Sonrakı məqalə

Zəlzələ bölgəsinə ikinci əl geyimləri nə üçün göndərmək olmaz? –