Zəlzələ bölgəsinə ikinci əl geyimləri nə üçün göndərmək olmaz? –AÇIQLAMA

Türkiyədə baş vermiş şiddətli zəlzələdə zərərçəkənlərə yardım məqsədilə toplanan əşyaların geri qaytarılması barədə məlumatlar yayılıb.

Yalnız Azərbaycanda deyil, Türkiyənin özündə də ikinci əl əşyaları toplayan insanların apardıqları yardımların geri çevirildiyi bildirilib. AFAD və Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən “İkinci əl paltarları gətirməyin” açıqlaması isə sosial şəbəkə istifadəçilərində çoxsaylı suallar yaradıb.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık sözügedən məlumatla bağlı CNN TÜRK-ə açıqlama verib.

“Bizə ədyal və qızdırıcılar lazımdır. Çadırlar üçün qızdırıcıya ehtiyacımız olacaq. Palto, ayaqqabı, paltar lazımdır. Amma ikinci əl deyil, istifadə olunmamış  olmalıdır. Çünki ikinci əl əşyaları işimizin uzanmasına səbəb olur. Bu cür geyimlər virus yaya, problemləri daha da artıra bilər. Ona görə də, xahiş edirik ki, istifadə edilməmiş geyimlər göndərsinlər”.

Əvvəlki məqalə

“Zəlzələ bölgəsində 60 min insan, 750 kran, 5 minə yaxın inşaat maşını işləyir”

Sonrakı məqalə

Bakıda Türkiyə üçün təşkil edilən yardım kampaniyasının ünvanı dəyişib