Zəngəzur dəhlizinin açılışı Azərbaycan-Ermənistan sülh sazişini tamamlayacaq addımdır- ƏRDOĞAN

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistan arasında sülh sazişini tamamlayacaq addımdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”, – Ərdoğan vurğulayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.