Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.