Zalujnı kabinetində “juçok” tapılmasına münasibət bildirib

Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı kabinetində dinləmə vasitələrinin aşkar edilməsini təzyiq kimi qiymətləndirmir və düşünmür ki, həmin kabinetdə dövlət sirrinin səsləndirilə bilərdi.

Azpost.info xəbər verir ki, bu barədə Zalujnı özü açıqlama verib.

Qeyd edək ki, “juçoklardan” biri baş komandanın yeni kabinetində olub, Zalujnı ora köçməzdən əvvəl bu kabinet yoxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib və cinayət işinin açıldığını bildirib.

“Bu avadanlıq birbaşa Valeri Zalujninin ofisində deyil, gələcəkdə onun iş üçün istifadə edə biləcəyi binalardan birində tapılıb”, – kəşfiyyat xidməti bilririb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.