Zaman maşını düzəldən ixtiraçı nə ilə üz-üzə qalır? –Taleh Yüzbəyov yeni film çəkir /FOTO

Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov “Bəlkə də” adlı yeni qısametrajlı bədii filminin çəkilişlərinə start verib.

Azpost.info kinoinfo jurnalına istinadən bildirir ki, filmin çəkiliş işləri 2024-cü ilin son ayları və 2025-ci ili əhatə edəcək. Elmi-fantastik, mistik, tragikomediya janrında çəkiləcək ekran əsərinin 2025-ci ilin noyabr ayında nümayişi planlaşdır;lır. Rejissor hələ ki, yayımı Youtube platforması üzərindən nəzərdə tutulan filmin kinoteatrlarda da nümayişinin müzakirə müstəvisində olduğunu bildirir. Xatırladırıq ki, “ART Bakers” və “Yüz prodakşn”ın birgə istehsalı olan filmin xronometrajının 40 dəqiqə, tamaşaçı auditoriyasının isə 6+ yaş həddində olacağı nəzərdə tutulub.

Filmin mövzusuna əsasən keçmişdəki səhvlərini düzəltmək üçün zaman maşını yaradan ixtiraçı qeyri-adi bir vəziyyətlə qarşılaşır. Belə ki, həyata qayıtmaq istəyən ruhlar onun evinə axın etməyə başlayır…

Filmdə Ümid adlı obrazı canlandıran akıyor Əli Əlizadə bizimlə söhbətində bildirdi ki, ixtiraçının təxəyyülü olan onun canlandıracağı obraz ruh formasında gözə görünür. Bu ruhun gəlişilə baş qəhrəmanın gələcəyə olan ümidləri yaranır.

Onu da qeyd edək ki, “Bəlkə də”nin rejissoru və ssenari müəllifi Taleh Yüzbəyovdur. Filmin prodüserliyini Taleh Yüzbəyovla Əlixan Rəcəbov, quruluşçu operatorluğunu İman İmanov, quruluşçu rəssamlığını Səbuhi Atababayev, səs rejissorluğunu isə Xan reallaşdıracaq. Rolları Günay Əhməd, Nurlan Rüstəmov, Əli Əlizadə, Azər Aydəmir, Kamran Ağabalayev və Əlixan Rəcəbov canlandıracaqlar.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.