“Zaporojyedə Ukrayna ordusuna nüvə zərbəsi endirməliyik”- Rusiyalı general

“Rusiya Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinə nüvə zərbəsi endirməlidir. Burada onlar Rusiya müdafiəsinin birinci xəttini keçiblər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulev Solovyov bildirib.

“Baş sındırmaq lazım deyil, nüvə silahı Rusiyanın mülkiyyətidir”, – Qurulev deyib.

Onun sözlərinə görə, Rabotino kəndi bu gün taktiki nüvə silahlarından istifadə üçün ideal yerdir, çünki Ukrayna ordusu orada bir yerə toplaşıb.

Azpost.info

Əvvəlki məqalə

“Bakı bu yük karvanı ilə göstərdi ki, böhran bizdən qaynaqlanmır” –

Sonrakı məqalə

Humanitar yükün Xankəndinə aparılması üçün sülhməramlılarla danışıq aparılır