“Bakı bu yük karvanı ilə göstərdi ki, böhran bizdən qaynaqlanmır” –İLQAR MƏMMƏDOV

“Bu gün Bakı aydın göstərdi ki, böhran bizdən yox, erməni vətəndaşlarımızı girov götürmüş, malların mülki şəxslərə çatmasına imkan verməyən qanunsuz hərbi qüvvələrdən qaynaqlanır”.
Azpost.info bildirir ki, bu sözləri REAL partiyasının sədri ilqar Məmmədov Azərbaycanın Xankəndiyə humanitar yük göndərməsi barədə qərarını şərh edərkən yazıb.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl Qarabağ ermənilərinin guya humanitar böhranla üzləşdikləri barədə dünyaya saldıqları həşirinə cavab olaraq yük maşınlarını Ağdam-Xankəndi və Laçın sərhəd buraxılış məntəqəsinin önünə düzməyi təklif ediblər: “Nəhayət bugün Azərbaycan bu istiqamətdə ilk addım atdı. İki yük maşını artıq Ağdamdadır”.
İ.Məmmədov deyib ki, bu addımı atılması ilə Azərbaycanın Qarabağda böhran yaşandığını etiraf etməsi barədə deyilənlərlə razılaşmır: “Bu düzgün təsəvvür deyil. Humanitar yardıma hər yerdə ehtiyac olur. Çünki icma və cəmiyyətlərin sosial strukturunda yoxsul və zəngin adamlar var. Zənginlərin verdiyi yardım yoxsullara heç də həmişə kifayət etmir”.
Azpost.info
Əvvəlki məqalə

7 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Sonrakı məqalə

“Zaporojyedə Ukrayna ordusuna nüvə zərbəsi endirməliyik”