Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Zapravka”lar maşınların ömrünü necə “yeyir”?

Orkhan Ali 19 İyun 2025 - 20:02 (Last updated: 19 İyun 2025 - 16:46)
Benzin

Benzin

Azərbaycanda yanacaq doldurma məntəqələrində yayılmış bir vərdiş var ki, hansı ki avtomobillər üçün zərərli hesab olunur. Bu avtomobilin benzin çənini tam doldurmaq vərdişidir. Hansı ki, yanacağı ödəniş rahat olsun deyə “klik” səsindən sonra da vurmaq maşının yanacaq sisteminə zərər verir.

Yanacaq doldurarkən tapançanın “klik” səsi gəldikdən sonra çəni bir neçə dəfə daha sıxaraq “bir az da dolsun” deyə davam etmək də yanacaq sisteminə zərər verə bilər. Bu davranış nəticəsində çənin hava boşluğu dolur və EVAP sistemi (yanacaq buxarlarını idarə edən sistem) sıradan çıxa bilər. Bu sistemin zədələnməsi isə nəticədə “Check Engine” işığının yanmasına, yolda qalmağa və əlavə xərclərə səbəb ola bilər.

Lakin, yanacağın çəndə az olması da maşın üçün, xüsusən də benzin nasosu üçün təhlükəlidir. Sürücülərin çoxu yanacaq göstəricisi “E” işarəsinə yaxınlaşana qədər avtomobili sürməyə davam edir. Avtomobili daim az yanacaqla sürmək, yəni çən demək olar ki, boş vəziyyətdə olanda, xüsusilə yanacaq nasosu üçün təhlükəlidir. Nasos, çənin içindəki yanacaqla soyuyur. Yanacaq az olanda soyuma zəifləyir və bu, nasosun həddindən artıq isinib sıradan çıxmasına səbəb ola bilər. Bundan əlavə, çənin dibində zamanla toplanan çöküntülər və qalıqlar az yanacaqla işləyərkən nasos tərəfindən çəkilərək filtrləri tıxaya və sistemdə nasazlıqlara yol aça bilər.

Qısa desək, çox az yanacaqla sürmək də, çəni həddindən artıq doldurmaq da avtomobil üçün ziyandır. Ən idealı, yanacaq səviyyəsini həmişə yarıdan aşağı salmamaq və tapança “klik” edəndə doldurmanı dayandırmaqdır.

Bu sadə qaydalara əməl etməklə həm yanacaq sistemini qorumaq, həm də əlavə təmir xərclərindən yayınmaq mümkündür.

AzPost.az

Post navigation

Previous: İran savaş ərzində ilk dəfə ABŞ-la birbaşa danışıqlar aparır –
Next: QHT layihənin kulturoloji lektoriyasını keçirdi –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıb. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon...
Read more about Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.