Zaxarova Rusiyaya birbaşa uçuşlara qarşı çıxanları “topa tutdu”

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiya ilə birbaşa uçuşlara qarşı çıxan gürcü siyasətçilərini tənqid edib.

Azpost.info xəbər verir ki, Zaxarova qeyd edib ki, belə insanlar ilk növbədə Gürcüstan vətəndaşlarına və onların Rusiyada yaşayan qohumlarına qarşı çıxırlar.

“Əgər siz kiminsə sifarişini yerinə yetirməyib öz xalqınızı təmsil edirsinizsə, eyni vaxtda iki ölkədə yaşayan vətəndaşların və ailələrin sayını nəzərə alsaq, birbaşa uçuşun əleyhinə ola bilməzsiniz. Deməli, siz heç vaxt körpələri olan, ağır xəstə və problemli insanlara evə qayıtmağa kömək etməmisiniz”, – o bildirib.

Qeyd edək ki, dünən son 4 ildə ilk dəfə Moskvadan Tbilisiyə birbaşa uçuş həyata keçirilib. Gürcüstan prezidenti Rusiyadan ölkəsinə birbaşa uçuşun bərpasını “arzuolunmaz” adlandırıb.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident müddətli hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Sonrakı məqalə

G7 inkişaf etməkdə olan ölkələr üçün 600 milyard toplayacaq