Zaxarovanın brifinqinə gələn jurnalistlər yoxlanılır

- Koronovirus təhlükəsinə görə
06 Mart 2020 - 12:15

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqinə gələn jurnalistlərin koronovirus təhlükəsi ilə əlaqədar hərarəti ölçülür.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, KİV nümayəndələrinin hərarətini tibb işçiləri teplovizorla ölçürlər.

Rusiya XİN-in mətbuat konfransı keçirilən korpusunun girişində Təcili Tibbi Yardım briqadası növbə çəkir.