Zelenski Almaniya prezidenti ilə barışdı, telefonla danışdılar –"Moskvanın arzusu baş tutmayacaq"

Ukrayna prezidenti Zelenski və Almaniya prezidenti Ştanmayer arasında telefon danışığı olub.

Azpost.info bildirir ki, bu barədə Almaniyanın Bild qəzetinin əməkdaşı Pol Ronsqeymer tvitterdə  məlumat yayıb. Daha sonra Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak bunu təsdiqləyib.

Jurnalistin sözlərinə görə, Ştanmayerin dəftərxanasından bildiriblər ki, tərəflər baş verənləri arxada buraxmağa və gələcək əməkdaşlığa köklənmək barədə razılığa gəliblər.

Prezident Ofisinin başçısı Yermak bildirib ki, söhbətin detalları barədə sonra məlumat veriləcək. “Zelenski ilə Ştanmayer arasında telefon danışığı olub. Almaniya Ukraynanın güclü müttəfiqi olaraq qalır. Detallar barədə rəsmi məlumatda bildiriləcək. Onu deyə bilərəm ki, Rusiyanın Avropanın Ukrayna məsələsində parçalanacağına ümidi hədərdir”.

Xatırladaq ki, ötən ay Kiyevə səfər etmək istəyən Almaniya prezidentinin bu istəyi prezident Zelenski tərəfindən rədd edilib. Kiyev bu addımı Almaniya prezidentinin Putinlə yaxın müansibətlərdə olmasına etirazı kimi qiymətləndirib.

Əvvəlki məqalə

“Rusiya ordusu “Azovstal”dan geri oturdulub” –

Sonrakı məqalə

“Nərminin öldürülməsinin mənə heç bir aidiyyəti yoxdur” –