Zelenski Boris Consonla telefonla danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Ukrayna Prezidentinin Ofisi  xəbər verir ki, Ukrayna lideri Consonun Britaniyanın Baş nazir postunda istefa verməsi ilə bağlı qərarından təəssüfləndiyini deyib.

Zelenski Consona hökumət başçısı postunda Ukraynaya verdiyi dəstəkdən dolayı minnətdarlığını bildirib və cəbhə xəttinədəki son durum barədə məlumatlandırıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.