Zelenski bu gün Britaniyaya gedir- Rişi Sunakla görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski bu gün, fevralın 8-də Böyük Britaniyaya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu, onun fevralın 24-dən – Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanmasından bəri Britaniyaya ilk səfəri olacaq.

Zelenski Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşəcək və parlamentdə çıxış edəcək.

“Sky News” yazır ki, Ukrayna prezidenti Sunakdan hərbi texnikanın tədarükünün artırılmasını xahiş edəcək.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108-ə çatıb

Sonrakı məqalə

Fransa ordusunun Jandarm qüvvələri Ermənistan-Azərbaycan sərhədinə gəlir –