Zelenski “Çelsi”nin sabiq hucumçusunu müşavir təyin etdi

Futbol üzrə Ukrayna milli komandasının sabiq kapitanı və məşqçisi Andrey Şevçenko Ukrayna liderinin ştatdankənar müşaviri vəzifəsinə təyin edilib.

Azpost.info bildirir ki, müvafiq sərəncamı ölkə prezidenti Vladimir Zelenski imzalayıb. Sənəd dövlət başçısının aparatının saytında dərc olunub.

Fərmanda Şevçenkonun hansı məsələlər üzrə müşavir olacağı göstərilməyib.

“Andrey Nikolayeviç Şevçenko Vladimir Zelenskinin müşaviri təyin edilsin (ştatdankənar),” -deyə sərəncamda  deyilir.

Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisinin baş məşqçisi olub. Bundan əvvəl o, Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klubunun hücumçusu olub.

2004-cü ildə Andrey Şevçenko “Qızıl top”u qazanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.